Gürcüstanda keçirilən aksiya zamanı səlahiyyətlərindən sui-istifadə edən 10 polis əməkdaşı işdən çıxarılıb
Tbilisi, 24 iyun, AZƏRTAC
Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan araşdırmaların nəticəsində 10 polis əməkdaşı işdən çıxarılıb. Onlardan ikisi cinayət məsuliyyətinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həmin günlər dinc xarakterli aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.
Polis əməkdaşlarının əməlləri ilə bağlı müvafiq materiallar araşdırılması üçün Baş Prokurorluğa göndəriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır
G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər
Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq