×
A
A
A
Sazlamalar

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahora

Hörmətli cənab Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2019-cu il.

Məktublar 2019-06-24 18:04:00