Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BƏƏ-də kiberhücumların sayı əhəmiyyətli dərəcədə azalıb

Dubay, 24 iyun, AZƏRTAC

Bu ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət və özəl şirkətlərinin infrastrukturuna kiberhücumların sayı 43 faiz azalıb.
AZƏRTAC BƏƏ-nin Telekommunikasiyalara Nəzarət İdarəsinin informasiyasına istinadla xəbər verir ki, rəsmi məlumata görə cari ilin ilk beş ayı ərzində 2018-ci ilin analoji dövründəki 199 hadisəyə qarşı 113 hücum qeydə alınıb.
Kibercinayətkarlar əksər hallarda dövlət veb-saytlarını bloklamağa, sənədləri və şəxsi məlumatları oğurlamağa cəhd ediblər. Bu hücumlardan 7-si “ifrat zərərli”, 11-i orta dərəcəli və 7-si ciddi ziyan vurmayan hücumlar hesab edilib.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

Dünya 2019-06-24 16:50:00