×
A
A
A
Sazlamalar

Ucarda 15,1 min hektar taxıl sahəsinin 13,4 min hektarı biçilib

Ucar, 24 iyun, AZƏRTAC 

Ucar rayonunda taxıl biçini kampaniyası davam edir. Arpa zəmilərində məhsul yığımını başa çatdıran taxılçılar hazırda buğda sahələrində biçin aparırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 7 min 716 hektarda arpa, 7 min 390 hektarda buğda olmaqla ümumilikdə 15 min 106 hektarda taxıl yetişdirilib. Arpa zəmilərində məhsuldarlıq 26,7 sentner olub ki, bu da ötənilki göstəricidən 1,7 sentner çoxdur.
Hazırda buğda sahələrində biçin davam etdir. Hər gün sahələrə 32 kombayn çıxarılır. Artıq 13 min 400 hektarda biçin aparılıb. Buğda zəmilərində məhsuldarlıq hələlik 28,3 sentnerdir. Bir sıra ərazilərdə, o cümlədən Bərgüşad, Təzə Şilyan, Yuxarı Şilyan, Şahlıq və sair ərazi dairələrində məhsuldarlıq daha yüksəkdir.
Taxılçılar biçin kampaniyasını iyunun sonunadək başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.

Kənd təsərrüfatı 2019-06-24 16:32:00