×
A
A
A
Sazlamalar

Yunanıstanda seçkiqabağı mübarizə daha da kəskinləşir

Afina, 24 iyun, AZƏRTAC

Yunanıstanın “To Vima” qəzetinin apardığı sorğuya əsasən, ölkənin müxalif konservativ partiyası “Yeni demokratiya” hakim “Siriza” partiyasını parlament seçkilərinə 2 həftə qalmış 9 faiz səslə üstələyir. Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası 38,5 faiz, Baş Nazir Aleksis Tsiprasın “Siriza” partiyası isə 29,5 faiz səs qazana bilər.
“Yeni demokratiya” “Siriza”nı Avropa Parlamentinə seçkilərdə 10 faiz üstələyərək qalib gəlib. Bu, Baş Nazir Aleksis Tsiprası növbədənkənar seçkilərin keçirilməsinə vadar edib. A.Tsiprasın mandatı sentyabrda bitməli idi. Sorğuya əsasən, üçüncü yeri “PASOK” sosialist partiyası və sabiq Baş Nazir Qeorqi Papandreu tərəfindən yaradılmış Dəyişiklik üçün Hərəkat Birliyi tutacaq.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-06-24 16:27:00