×
A
A
A
Sazlamalar

İranda 190 ton narkotik vasitə müsadirə edilib

Tehran, 24 iyun, AZƏRTAC
Cari ilin əvvəlindən bu günə kimi İranın hüquq-mühafizə orqanları 190 ton narkotik vasitə müsadirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, general Məhəmməd Məsud Zahedian bildirib. O deyib ki, bu dövr ərzində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir neçə silahlı dəstə zərərsizləşdirilib.
General bəyan edib ki, 2001-ci ildə ABŞ Əfqanıstana hərbi müdaxilə etdikdən sonra bu ölkədən İrana narkotik vasitələrin qanunsuz daşınmasında artım müşahidə edilib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-06-24 16:21:00