Qazaxıstanda hərbi hissədə partlayışlar nəticəsində 46 nəfər xəsarət alıb
Bakı, 24 iyun, AZƏRTAC
Qazaxıstanın cənubunda hərbi hissədə baş verən fövqəladə vəziyyət nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb, onların 5-i uşaqlardır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yerli KİV-də yayılan məlumatına görə, xəsarət alanların 34 nəfəri vilayət xəstəxanasına yerləşdirilib. Daha 12 nəfər xəstəxanaya özü gəlib, onların arasında beş uşaq var.
Xatırladaq ki, Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin 44,3 min nəfər əhalisi olan Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində bu gün səhər saatlarında yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb.
Hazırda yerli hakimiyyət orqanları hərbi hissənin yaxınlığında yerləşən evlərin sakinlərini təxliyə edir. Hadisənin başvermə səbəbləri və mövcud vəziyyət araşdırılır.
Süd Yolunda ikinci ən böyük qara dəlik kəşf edilib
Qırğızıstanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq
Kopenhagendə on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib
Tramp rəqibi Baydendən 75 milyon dollar az ianə toplayıb
Milan vağzalı ən yeni optik illüziyanın köməyi ilə “Milad”ı görür