×
A
A
A
Sazlamalar

Rusiya şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkəmizdə fəaliyyət göstərən sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Rusiyanın “Kompleks Luç” Məhdud Məsuliyyəti Cəmiyyəti ölkəmizdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. Şirkət ət, balıq, dəniz məhsulları, dənli bitkilər, tərəvəz və meyvə, ədviyyat, heyvanlar üçün yem, həmçinin tibb məmulatlarının emalı üçün fərdi kompleksləri istehsal edir.

İqtisadiyyat 2019-06-24 16:09:00