×
A
A
A
Sazlamalar

Türkiyədə qatar qəzası baş verib

Ankara, 24 iyun, AZƏRTAC

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda yük qatarı ilə işçiləri daşıyan mikroavtobus toqquşub.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Xəstəxanalara çatdırılan yaralılardan üçünün vəziyyəti ağırdır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-24 15:40:00