×
A
A
A
Sazlamalar

“Tax free” xarici vətəndaşın aldığı mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması mexanizmini əhatə edir

Bakı, 24 iyun, AZƏRTAC 

“Tax free” xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması mexanizmini əhatə edir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, alıcı tərəfindən pasport və ya digər sərhədkeçmə sənədi təqdim edildikdən sonra satıcı müvafiq məlumatları özündə əks etdirən “e-VHF”ni Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi-hesab faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. “E-VHF” ştrix-kod əks olunmaqla iki nüsxədə çap edilir və hər iki nüsxə alıcıya təqdim olunur. “E-VHF” satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərti ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd (“Tax Free”) olan möhürlə təsdiqlənməklə təqdim olunur.
“E-VHF”in vahid forması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.2-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Maliyyə 2019-06-24 15:16:00