Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tbilisidə yürüş-mitinq keçirilir

Tbilisi, 24 iyun, AZƏRTAC

Tbilisidə Birinci Respublika Meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları yolboyu Daxili İşlər naziri Georgi Qaxariyanıın istefası, iyunun 20-də keçirilmiş aksiya zamanı həbs olunanların azad edilməsi ilə bağlı tələblər irəli sürüb, müxtəlif şüarlar səsləndiriblər.
Yürüş Daxili İşlər Nazirliyinin qarşısınadək davam edəcək və orada mitinq keçiriləcək.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək.
Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-24 15:01:00