Yaponiyanın “IHI” simfonik orkestri Qara Qarayevin əsərini ifa edəcək
Tokio, 24 iyun, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə iyulun 5-də Tokionun “Toyosu Civil Center” konsert zalında diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə təntənəli konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Yaponiyanın “IHI” simfonik orkestri Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar ifa edəcək.
Orkestrin dirijoru Şinya Suqiura və musiqi tərtibatçısı Kyoko Matsuura bu tədbirin təşkili məqsədilə artıq bir neçə aydır ki, səfirliklə sıx əlaqədə hazırlıq işləri aparırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir