×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının Kralı Ciddədə ABŞ-ın Dövlət katibi ilə görüşüb

Ər-Riyad, 24 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Ciddədə ABŞ-ın Dövlət katibi Maykl Pompeonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, tərəflər iki ölkə arasındakı strateji əlaqələri müzakirə edib. Danışıqlar zamanı, həmçinin beynəlxalq və regional arenada son zamanlar baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

Dünya 2019-06-24 14:50:00