×
A
A
A
Sazlamalar

Kərkükün cənubunda İŞİD qruplaşmasının 14 silahlısı öldürülüb

Bakı, 24 iyun, AZƏRTAC

İraq hərbçiləri beynəlxalq koalisiyanın dəstəyi ilə Kərkükün cənubunda xüsusi əməliyyat keçirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İraqın təhlükəsizlik xidmətinin mətbuat mərkəzinin məlumatına əsasən, əməliyyat zamanı İŞİD qruplaşmasının 14 silahlısı öldürüb.
“Kərkükün cənubunda Beynəlxalq koalisiya təyyarələrinin və terrorla mübarizə qüvvələrinin koordinasiyalı əməliyyatı nəticəsində 14 silahlı məhv edilib”, - qurumun “Facebook” səhifəsində dərc olunan bəyanatda belə deyilir.
Xatırladaq ki, İŞİD terror qruplaşması 2014-cü ilin iyun ayından başlayaraq İraqda böyük əraziləri, o cümlədən ölkənin ən iri şəhəri olan Mosulu ələ keçirmişdi. Üç il sonra - 2017-ci ildə hökumət qüvvələri miqyaslı əməliyyatlardan sonra Mosulu yenidən nəzarətə götürə bilmişdi. Həmin ilin dekabrında İraqda İŞİD qruplaşmasına qarşı müharibənin başa çatdığı elan edilmişdi.

Dünya 2019-06-24 14:30:00