×
A
A
A
Sazlamalar

İspaniyanın Seuta şəhərindəki məscidə naməlum şəxslər atəş açıblar

Madrid, 24 iyun, AZƏRTAC

İspaniyanın Seuta şəhərində məscid atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, İspaniya KİV-ləri bir yaxud iki nəfərin atəş açdığını qeyd edirlər. Məscidin divarlarında güllə izləri qalıb. Məscidə hücum edənlər (yaxud hücum edən) hadisə yerindən mopedlə qaçıblar.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-06-24 14:18:00