×
A
A
A
Sazlamalar

Paytaxtın Nizami rayonunda yanğın baş verib

Bakı, 24 iyun, AZƏRTAC 

Bakı şəhərinin Nizami rayonunda anbar kimi fəaliyyət göstərən tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan tikilinin yanar hissələri və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-06-24 13:50:00