Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitkilər məhv edilib

Bakı, 24 iyun, AZƏRTAC 

Şəki Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları “Xaş-xaş 2019” tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Ümumi çəkisi 5 tondan artıq olan 18 min 350 ədəd narkotik tərkibli bitki kökündən çıxarıldıqdan sonra yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-06-24 13:08:00