×
A
A
A
Sazlamalar

Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb

Bakı, 24 iyun, AZƏRTAC

Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Koreya Respublikasından yüklərin Transsibir magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyə istiqamətində daşınması məsələsi müzakirə edilib. Tərəflər daşıma mexanizmləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artırılması məsələsini diqqət mərkəzində saxlayıblar.

 

Nəqliyyat 2019-06-24 12:07:00