Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Donald Tramp iyunun 29-da Cənubi Koreyaya səfər edəcək

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Ko Min Çjun məlumat verib.
Onun sözlərinə görə, “Amerika - Cənubi Koreya alyansının gücləndirilməsi və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi vasitəsilə sülhün bərqərar olması üçün ikitərəfli əməkdaşlığın yolları” iyunun 30-da baş tutacaq ABŞ və Koreya Respublikası liderlərinin sammitində danışıqların əsas mövzuları olacaq.
Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs da Donald Trampın iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək İyirmilik qrupunun sammitindən dərhal sonra Cənubi Koreyaya səfər edəcəyini bildirmişdi.

Dünya 2019-06-24 11:47:00