×
A
A
A
Sazlamalar

ABŞ-da şosedə baş verən qəzada 7 motoçikletçi ölüb

Vaşinqton, 24 iyun, AZƏRTAC

ABŞ-ın Nyu-Hempşir ştatının Rendolf şəhərinin ətrafında baş verən iri qəza nəticəsində 7 motosikletçi həlak olub.
AZƏRTAC xəbər verir ki, polisin məlumatında daha 3 nəfərin ciddi xəsarət alması bildirilir.
Polisin məlumatında, həmçinin bildirilir ki, qəza motosikletçilərin “Dodge 2500” pikap avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəzadan sonra avtomobil yanıb. Hadisənin baş verdiyi ərazidən keçənlər zərərçəkənlərə ilk yardım göstərməyə cəhd etsələr də, bəziləri üçün bu, artıq çox gec olub. 7 motosikletçinin hamısı insidentin baş verdiyi yerdə həlak olublar. Xilasetmə xidməti əməkdaşları hadisə yerinə gəldikdən sonra yaralılardan ikisi “Androscoggin Valleу Hospital”a aparılıb, üçüncüsü isə helikopterlə “Maine Medical” hospitalına göndərilib. Polisin məlumatında qeyd edilir ki, ölənlərin hamısı eyni motoklubun üzvləri və hərbi-dəniz qüvvələrinin veteranları olublar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-06-24 11:43:00