×
A
A
A
Sazlamalar

Banda dənizində yerləşən İndoneziya adaları yaxınlığında 7,3 bal gücündə zəlzələ olub

Tokio, 24 iyun, AZƏRTAC

İyunun 24-də Banda dənizində yerləşən İndoneziya adaları yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Suamlaki yaşayış məntəqəsindən 288 kilometr şimal-qərbdə, ocağı 208,3 kilometr dərinlikdə yerləşib.
İlkin olaraq zəlzələnin maqnitudasının 7,2 olduğu bildirilsə də, sonradan 7,5-ə qaldırılıb və son olaraq 7,3 kimi müəyyən edilib.
Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Bundan bir neçə saat qabaq İndoneziyanın şərqində, Yeni Qvineya adalarının Papua əyalətində silsilə zəlzələlər qeydə alınıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-24 10:25:00