Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İndoneziyanın Papua əyalətində silsilə zəlzələlər olub

Tokio, 24 iyun, AZƏRTAC
İndoneziyanın şərqində yerləşən Papua əyalətində silsilə zəlzələlər baş verib.
AZƏRTAC ABŞ Geoloji Xidmətinə istinadla xəbər verir ki, təqribən 2 saat ərzində baş verən silsilə zəlzələlərin birincisi 6,1, ikincisi 5,2, üçüncüsü isə 5,1 bal gücündə olub.
Yeraltı təkanların episentri Abepura yaşayış məntəqəsindən 233 kilometr qərbdə, ocağı 22 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-24 08:22:00