Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

Ankara, 24 iyun, AZƏRTAC

Türkiyənin Şanlıurfa bölgəsində Suriya ilə sərhəddə yerləşən Suruç rayonu ərazisində PYD/PKK terror təşkilatının 4 üzvü həbs olunub.
AZƏRTAC xəbər verir ki, saxlanılan şəxslər Suriyanın Ayn el-Arab bölgəsindən qanunsuz yolla Türkiyə ərazisinə keçərkən yaxalanıblar. Bildirilir ki, təhlükəsizlik qüvvələrində terrorçuların gəlişi ilə bağlı operativ məlumat olub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-24 07:28:00