×
A
A
A
Sazlamalar

Nigeriyada qaz kəmərində partlayış baş verib, ölənlər var

Bakı, 24 iyun, AZƏRTAC

Nigeriyanın River vilayətində qaz kəmərində baş verən partlayış nəticəsində 10 nəfər həlak olub.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ölənlər energetika şirkətinin əməkdaşlarıdır. Həmin şəxslər partlayış vaxtı qaz kəmərinin yaxınlığında işləyirmişlər.
Hazırda iş üzrə araşdırma aparılır.

Dünya 2019-06-24 05:53:00