×
A
A
A
Sazlamalar

Gürcüstan kinoteatrları rus dilində olan tamaşaların nümayişindən imtina edib

Tbilisi, 24 iyun, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən “Savea” və “Amirani” kinoteatrlar şəbəkəsi rus dilində olan bütün tamaşaların nümayişini dayandırıb.
AZƏRTAC xəbər verir ki, şəbəkəyə daxil olan kinoteatrlar rus dilində olan bütün seanslardan imtina edib.
Bu barədə Kinoteatrların İnformasiya mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda heç bir mədəniyyət ocağında rus dilində tamaşa göstərilmir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-24 00:35:00