×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

İstanbul, 23 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermədə qeyri-rəsmi nəticələrinə görə qalib gələn Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi, “Milliyyət ittifaqı”nın vahid namizədi Əkrəm İmamoğlunu təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı təbrikini “Twitter” səhifəsi vasitəsilə çatdırıb. Nəticələrin İstanbul üçün uğurlu olmasını arzu edən Prezident qeyd edib ki, İstanbuldakı səsvermə milli iradənin təzahürüdür.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-06-23 23:02:00