Litva ordusu üçün yeni helikopterlər alınacaq
Vilnüs, 23 iyun, AZƏRTAC
Litva Müdafiə Nazirliyi ordu üçün yeni helikopterlərin alınması ilə əlaqədar müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, Litva hökuməti bu məqsəd üçün 300 milyon avro ayırmağı nəzərdə tutur. Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələrə cavabdeh əməkdaşı Asta Qaldikayte bildirib ki, hazırda bazarın analizi aparılır, universal xarakterli, sonrakı istismar zamanı keyfiyyətli servisi təşkil oluna biləcək helikopterlərə üstünlük veriləcək.
Hazırda Litva ordusunun istifadəsində 3 ədəd Rusiya istehsalı Mi-8 və 3 ədəd Fransa istehsalı Dauphin helikopterləri var.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb