Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Son bir ildə litvalıların xərcləri gəlirlərini üstələyib

Vilnüs, 23 iyun, AZƏRTAC

Baltik ölkələrində ümumi xərclərin səviyyəsi Avropa Birliyinin orta həddinə çatıb.
AZƏRTAC Eurostat Statistika Agentliyinin hesablamalarına əsasən xəbər verir ki, regionda ən çox xərcləri gəlirlərini üstələyən ölkə isə Litvadır. Belə ki, son bir ildə litvalıların xərcləri gəlirlərini 0,5 faiz qabaqlayaraq Avropa Birliyinin orta həddinin 90 faizini təşkil edib. İqtisadçılar bunun əsas səbəbinin əhalinin maliyyə təşkilatlarından götürdüyü kreditlər olduğunu bildirib.
Estoniyada müvafiq göstərici 74 faiz, Latviyada 70 faiz təşkil edib. Ən çox xərc aparan məhsullar sırasında isə kommunal xidmətlər, avtomobil yanacağı və gündəlik tələbat mallarıdır. Litvanın Mərkəzi Bankının hesabatında qeyd olunur ki, əhali qətiyyən qənaət etmir, ona görə də xərclər gəlirləri üstələməkdə davam edəcək.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Dünya 2019-06-23 17:19:00