×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti İstanbulda səsvermədə iştirak edib

İstanbul, 23 iyun, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri ilə birlikdə İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə keçirilən seçkilərdə səsvermədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, səsvermədən sonra KİV nümayəndələrinə açıqlama verən Türkiyə dövlətinin başçısı bildirib ki, seçkinin nəticələrini İstanbulda izləyəcək.
Qeyd edək ki, səsvermə Türkiyə vaxtı ilə 17:00-da (Bakı vaxtı ilə 18:00) başa çatacaq. Televiziya kanalları saat 21:00-dan sonra sərbəst şəkildə seçkiyə dair verilişlər yaya bilərlər.
Türkiyə Ali Seçki Komissiyası tərəfindən günün sonunadək səsvermənin ilkin nəticələri barədə məlumat veriləcəyi gözlənilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-06-23 14:22:00