×
A
A
A
Sazlamalar

Kaliforniyada 5,6 bal gücündə zəlzələ baş verib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də ABŞ-ın Kaliforniya ştatının şimalında 5,6 bal gücündə zəlzələ olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb.
Yerli vaxtla saat 03:53-də baş verən zəlzələnin ocağı Petroliya yaşayış məntəqəsindən 5 kilometr cənub-qərbdə, 9,5 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Dünya 2019-06-23 10:36:00