Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çində baş verən zəlzələ nəticəsində 31 nəfər xəsarət alıb VİDEO

Pekin, 23 iyun, AZƏRTAC
Çinin Siçuan vilayətində iyunun 22-də axşam saatlarında baş verən 5,4 bal gücündə zəlzələ nəticəsində 31 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, xəstəxanalara yerləşdirilən yaralılardan heç birinin vəziyyəti ağır deyil.
Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, iyunun 22-də yerli vaxtla saat 22:29-da İbin şəhərinin Qonsian qəzasında yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar vilayətin inzibati mərkəzi olan Çendu şəhərində də hiss olunub. İyunun 23-də ərazidə 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.
Qeyd edək ki, iyunun 17-də İbin şəhərində baş verən 6 bal gücündə zəlzələ 13 nəfərin ölümünə, 200-dən çox adamın yaralanmasına səbəb olmuşdu. Zəlzələnin törətdiyi fəsadlarla əlaqədar 80 min sakin təxliyə edilmişdi.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-23 10:51:00

Video