Paytaxtın Nizami rayonunda ticarət obyektində yanğın baş verib
Bakı, 23 iyun, AZƏRTAC
Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında "X-Lady" və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində yanğın baş verib.
AZƏRTAC-ın hadisə yerindəki müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası, eləcə də təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Hazırda alovun söndürülməsi işləri davam etdirilir.
Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.
Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Əlavə məlumat veriləcək.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO