Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çində avtobus qəzası nəticəsində 5 nəfər ölüb

Pekin, 23 iyun, AZƏRTAC
Çinin Cainsi vilayətinə səyahət avtobusunun idarəetməni itirərək yol kənarındakı maneələrə çırpılması nəticəsində 5 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Digər sərnişinlər yüngül xəsarət alıblar.
AZƏRTAC vilayətin hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, qəza vaxtı avtobusda 53 nəfər olub.
Qəza Şanxay-Kunmin avtomagistralının Şanrao şəhərindən keçən hissəsində baş verib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-23 09:47:00