×
A
A
A
Sazlamalar

“Megafun” əyləncə mərkəzində helium şarlarının partlaması nəticəsində alışma baş verib

Bakı, 22 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Xətai rayonundakı “Megafun” əyləncə mərkəzinin ikinci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində yanğın hadisəsi baş verməyib.

Hadisə 2019-06-22 23:17:00