Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtda ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən oğurluq edən şəxs saxlanılıb

Bakı, 22 iyun, AZƏRTAC
Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərən şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib.
Aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprelin 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-22 17:51:00