×
A
A
A
Sazlamalar

“Huawei” 5 ayda 100 milyondan çox smartfon satıb

Pekin, 22 iyun, AZƏRTAC
Çinin iri telekommunikasiya şirkəti “Huawei” cari ilin yanvar-may aylarında 100 milyondan çox smartfon satıb.
AZƏRTAC xəbər verir ki, “Huawei” bu il 100 milyon smartfon satışı həddinə ötən illə müqayisədə 49 gün daha əvvəl çatıb.
Şirkətin mobil telefon istehsal xəttinin rəhbəri Xı Qan deyib ki, satışların çoxalması sürətli enerji yığa bilən, habelə gecə vaxtı daha yaxşı selfi çəkilişləri üçün süni zəka texnologiyasına əsaslanan ön kamera ilə təchiz olunmuş “Nova 5” seriyalı smartfonlara marağın artması ilə bağlıdır.
Qeyd edək ki, cari ilin ilk rübündə dünyada smartfon satışlarının nəticələrinə əsasən “Huawei” şirkəti ABŞ-ın “Apple” korporasiyasını geridə qoyaraq “Samsung”dan sonra ikinci olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya 2019-06-22 17:10:00