×
A
A
A
Sazlamalar

Pirallahıda keçmiş məhkumdan iki kiloqramdan çox marixuana aşkarlanıb

Bakı, 22 iyun, AZƏRTAC 

Pirallahı Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salman Usmanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki çantadan ümumi çəkisi 2 kiloqram 300 qram olan marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.
Faktla bağlı S.Usmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-06-22 16:49:00