×
A
A
A
Sazlamalar

Raymonds Veyonis Latviya Seymində son çıxışını edib

Riqa, 22 iyun, AZƏRTAC 

Latviyanın hazırkı Prezidenti Raymonds Veyonis Seymdə son çıxışını edib.
AZƏRTAC xəbər verir ki, çıxışında Prezident fəaliyyəti dövründə əsas prioritetinin ölkənin təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib. O qeyd edib ki, hazırda Latviya dünyanın ən təhlükəsiz ölkələrindən biridir. R.Veyonis əhalinin Seymdən əsas gözləntisinin də sabaha inam və əmin-amanlıq olduğunu vurğulayıb.
Dövlət başçısı məhkəmə sistemində islahatların, qanunların işləmə mexanizminin artırılmasının və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, mayın 29-da Seym Eqil Levitsi Latviyanın yeni Prezidenti seçib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2019-06-22 15:34:00