×
A
A
A
Sazlamalar

Yaponiyada leysan yağışlarına görə Maebaşi şəhərinin əhalisi təxliyə olunur

Tokio, 22 iyun, AZƏRTAC 

Yaponiyanın Qumma prefekturasının Maebaşi şəhərinin əhalisinə leysan yağışları nəticəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə edilib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ümumilikdə 3966 nəfərə təxliyə xəbərdarlığı göndərilib. Bildirilir ki, torpaq sürüşməsi nəticəsində şəhərdəki körpünün bir hissəsi dağılıb. Bundan əlavə, torpaq sürüşməsinin və yağışların avtomobil yolunun 14 hissəsində fəsadlar törətdiyi də bildirilir.
Yaxın günlərdə Qumma prefekturasının yerləşdiyi Kanto regionunda güclü yağışların davam edəcəyi gözlənilir. Sinoptiklərin bildirdiyinə görə, 50 millimetrədək yağıntı düşəcəyi proqnozlaşdırılır.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-22 14:20:00