Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə içərisində turistlərin olduğu avtobus qəzaya uğrayıb

İstanbul, 22 iyun, AZƏRTAC

Türkiyənin Nevşehir bölgəsindəki Acıgöl rayonunda turistləri daşıyan avtobus başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Avtobus toqquşmadan sonra aşıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Onların əksəriyyəti turistdir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdiriliblər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-06-22 14:16:00