×
A
A
A
Sazlamalar

Vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs cinayət başında yaxalanıb

Bakı, 22 iyun, AZƏRTAC 

Paytaxt sakini A.Qasımov iyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək 2018-ci il oktyabrın 15-də hədə-qorxu yolu ilə ondan 13 min manat pul tələb edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.
P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2019-06-22 13:03:00