×
A
A
A
Sazlamalar

Havay adalarında təyyarə qəzası nəticəsində doqquz nəfər həlak olub

Bakı, 22 iyun, AZƏRTAC

ABŞ-ın Dillinhem şəhəri (Havay ştatı) aerodromunun yaxınlığında “King Air” tipli ikimühərrikli təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ştatın nəqliyyat departamenti məlumat yayıb. Hadisə “Dillingham Airfield” aeroportu yaxınlığında baş verib. Qəza nəticəsində təyyarənin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub. Digər təfərrüatlar açıqlanmır.
Hazırda insidentin baş verdiyi ərazidə təcili xidmət orqanları fəaliyyət göstərir, həmin rayonda avtomobil nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.

Dünya 2019-06-22 12:09:00