×
A
A
A
Sazlamalar

İran televiziyası ABŞ-ın pilotsuz təyyarəsinin qalıqlarını nümayiş etdirib

Tehran, 22 iyun, AZƏRTAC

İranın dövlət televiziyası ölkənin hava sərhədini pozarkən vurulan ABŞ-ın pilotsuz uçan təyyarəsinin qalıqlarını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, İranın hərbi hava qüvvələri tərəfindən vurulan pilotsuz təyyarə Hörmüz boğazına düşüb. İran təyyarənin qalıqlarını nümayiş etdirərək onun ABŞ-a məxsus olduğunu sübuta yetirib.
Hərbi Hava Qüvvələrini generalı Əmirəli Xanzadə bildirib ki, İran dəfələrlə ABŞ-ı bununla bağlı xəbərdar edib.
Təyyarənin qalıqları İran televiziyasında göstərildikdən sonra rəsmi Vaşinqton bəyan edib ki, təyyarə beynəlxalq suların üzərində vurulub.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-06-22 11:50:00