Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Aeroflot” iyulun 8-dən Gürcüstana uçuşları dayandıracaq

Bakı, 22 iyun, AZƏRTAC

Rusiyanın “Aeroflot” aviakompaniyası iyulun 8-dən Gürcüstana uçuşları dayandıracağını elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aviadaşıyıcı həmin günə və sonrakı günlərə bilet alan sərnişinlərə əlavə pul ödəmədən biletlərı əvvəlki tarixlərə dəyişməyi, yaxud biletin pulunu tam həcmdə geri almağı təklif edir.
Aviakompaniya Gürcüstana reyslərin dayandırılması qərarını Rusiya Prezidenti Vladimir Putinin dünən imzaladığı fərmana müvafiq olaraq qəbul edib.

Dünya 2019-06-22 11:32:00