×
A
A
A
Sazlamalar

Bu il ilk dəfə iyunun 22-si Dünya Bərpaolunan Enerji Günü kimi qeyd olunacaq

Bakı, 22 iyun, AZƏRTAC

Bu il ilk dəfə olaraq iyunun 22-si Dünya Bərpaolunan Enerji Günü kimi qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq 100 faiz Bərpaolunan Enerji Platforması və Bərpaolunan Enerji Səfiri müğənni Ruslana tərəfindən başladılan, bərpaolunan enerji dünyasının nailiyyətlərinə və faydalarına həsr olunan Bərpaolunan Enerji Günü “Fridays For Future” ortaqlığında elan edilərək qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları və bərpaolunan enerji sahəsindəki bir çox təşkilat tərəfindən dəstəklənəcək.
Tədbirin rəsmi açılışı iyunun 22-də saat 15:00-da Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının qərargahında başlayacaq və BMT İqlim Dəyişikliyi Konfransı SB50-yə paralel olaraq reallaşdırılacaq. Dünya Bərpaolunan Enerji Gününü dəstəkləmək istəyən təşkilatlar da bununla bağlı qərarı imzalayaraq öz ölkələrində belə tədbirlər təşkil edə biləcəklər.

Energetika 2019-06-22 11:25:00