×
A
A
A
Sazlamalar

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalır

Bakı, 22 iyun, AZƏRTAC

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 967 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 85 ədəd azdır.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd artaraq 789 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 73 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 4 ədəd azalaraq 177 olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 11 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Dünya 2019-06-22 10:46:00