×
A
A
A
Sazlamalar

Portuqaliyada kömürlə işləyən istilik elektrik stansiyaları keçmişdə qalacaq

Lissabon, 22 iyun, AZƏRTAC

Portuqaliyada kömürlə işləyən istilik elektrik stansiyaları keçmişdə qalacaq. Bu qərar ölkə parlamentində ikihəftəlik debatlardan sonra qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın Baş Naziri Antoniu Koşta ölkənin kömürlə işləyən istilik elektrik stansiyalarından artıq 2030-cu ilədək tamamilə imtina etməsini planlaşdırdığını bildirib. Buna ekologiyanın çirklənməsi səbəb olub.
Köhnə istilik elektrik stansiyaları (İES) alternativ stansiyalarla müqayisədə atmosferi daha çox çirkləndirir və havaya daha çox karbon qazı tullayırlar.
Baş Nazirin sözlərinə görə, bu qərar Portuqaliyanın ətraf mühitin mühafizəsi sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə tam üst-üstə düşür.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2019-06-22 10:48:00