×
A
A
A
Sazlamalar

Rusiya və Xorvatiya viza rejimini sadələşdiriblər

Moskva, 22 iyun, AZƏRTAC

Rusiya və Xorvatiya viza rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Rusiya və Xorvatiya təyyarə və gəmi heyətlərinin, xilasedicilərin və xidməti pasport sahiblərinin vizasız gediş-gəlişi barədə razılıq əldə ediblər.
Rusiya XİN-in məlumatda bildirilir ki, iki ölkə arasında mövcud viza rejiminə edilmiş dəyişikliklərə əsasən, təyyarə və gəmi heyətləri, xilasedicilər briqadaları, qısamüddətli ezamiyyətə gedən xidməti pasport sahibləri ölkədə vizasız 90 gün qala bilərlər.
Bundan əlavə, müvəqqəti yaşama hüququ olan vətəndaşlar və diplomatik nümayəndəliklərin əməkdaşları da bu hüquqdan istifadə edə bilərlər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-06-22 05:26:00