Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Belarus Bosniya və Herseqovinaya vizasız rejim haqqında saziş imzalamağı təklif edib

Sarayevo, 22 iyun, AZƏRTAC
Belarus Bosniya və Herseqovinaya vizasız rejim haqqında saziş imzalamağı təklif edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu məsələ Belarusun Baş Naziri Sergey Rumasla Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodikin arasında Minskdə baş tutan görüşdə müzakirə edilib.
“Biz ikitərəfli əməkdaşlıq üçün müqavilə əsasının formalaşdırılması üzrə işi davam etdirməliyik. Belarusun prioritetlərindən biri adi pasport sahibləri üçün vizasız rejim haqqında saziş imzalamaqdır. Vizasız rejim diplomatik və xidməti pasport sahibləri üçün artıq tətbiq edilib”, – deyə S.Rumas söyləyib.
Bundan əlavə, Belarus ikiqat vergiqoymanın qarşısını almaq haqqında sazişi nəzərdən keçirməyə, həmçinin elm, təhsil, mədəniyyət, sosial təminat və turizm sahəsində əməkdaşlığı gücləndirməyə və əməkdaşlıq haqqında müvafiq sazişləri imzalamağa hazırdır.
“Biz Bosniya və Herseqovina ilə tərəfdaşlıq münasibətlərimizi hərtərəfli gücləndirməyə və birgə layihələrin həyata keçirilməsinə kömək etməyə hazırıq”, – deyə S.Rumas bildirib.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2019-06-22 02:54:00