×
A
A
A
Sazlamalar

Tbilisidə müxalifətin növbəti aksiyası başlayıb

Tbilisi, 21 iyun, AZƏRTAC

Tbilisidə müxalifətin növbəti etiraz aksiyası başlayıb.
AZƏRTAC xəbər verir ki, artıq parlamentin binası önündə iki mindən çox adam toplaşıb. Mitinqdə əsasən Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-də keçirilmiş aksiya zamanı saxlanılanların dərhal azad edilməsi tələb olunur.
Gürcüstanın əsas müxalifət partiyalarının rəhbərləri xalqa müraciət edərək hamını Rustaveli prospektinə - parlamentin binası önünə toplaşmağa çağırırlar.
Məlumat üçün qeyd edək ki, iyunun 20-də Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-21 20:00:00